Kiçik Akademiya"nın tədbirlər planına uyğun olaraq "Azərbaycanın Dövlət Müstəqilliyi və tarixçilik ənənələri" mövzusunda konfrans keçirildi

"Kiçik Akademiya"nın tədbirlər planına uyğun olaraq "Azərbaycanın Dövlət Müstəqilliyi və tarixçilik ənənələri" mövzusunda konfrans keçirildi.Təşkil olunan Konfrans dövlət himni ilə başladı. Konfrans tədris işləri üzrə direktor müavini Xanım müəllimin çıxışı ilə davam etdi.Xanım müəllim 18 oktyabr "Dövlət Müstəqilliyinin Bərpası günü"nün hər il təmtəraqlı olaraq keçirilməsinin və bu günün  əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi.Konfransda tarix müəllimi Əliyeva Könül çıxış edərək 18 oktyabr "Dövlət Müstəqilliyinin Bərpası günü"nün tarixi haqqında geniş məlumat verdi.Azərbaycan ötən əsrin 90-ci illərində çox çətin sınaq qarşısında qalmışdı. Belə bir çətin və mürəkkəb vəziyyətdən çıxaraq xalqımız,71 il əvvəl AXC-nin süqutu ilə müstəqiliyini itirmiş dövlət yenidən azadlığa qovuşdu.Nəhayət ki,xalqımız 1991-ci ildə öz dövlət müstəqiliyini bərpa etdi. Daha sonra konfransda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əzizə müəllim və Xanlar müəllim çıxış edərək mövzu ilə bağlı öz fikirlərini səsləndirdilər.18 oktyabr "Dövlət Müstəqilliyinin bərpası ilə bağlı təşkil olunmuş konfransda məktəbimizdə təhsilalan şagirdlərdə öz araşdırma-tədqiqat işlərini təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi