FƏXRİMİZ

Əmirəhməd Ağadayı oğlu Quliyev   1966-cı il fevralın 18-də Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində anadan olub. Qəsəbədəki 121 nömrəli məktəbin 8-ci sinfini bitirdikdən  sonra Bakı Elektrik Rabitə Texnikumunda təhsilini davam etdirib. Sonralar iki il Kuril adalarında hərbi xidmətdə olub.

 Əmirəhməd 1991-ci ilin dekabrında əlinə silah alıb Vətənini yağı düşməndən azad etməyə gedib. Kərkicahan uğrunda pulemyotçu kimi döyüşüb. İgid döyüşçü-əsgər dostları ilə birlikdə Yağlıtəpə yüksəkliyinə kəşfiyyata gedərkən snayper gülləsinin qurbanı olub.

Binə qəsəbəsinin ilk şəhid oğlunun – Əmirəhmədin xatirəsi həmişə əziz tutulur.  Vaxtı ilə oxuduğu 121 nömrəli məktəb indi şəhidin adını daşıyır.

O, doğma Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi