Kiçik Akademiya

"Kiçik Akademiya" nın tədbirlər planına əsasən Aprel hadisələrinin səkkizinci il dönümü ilə əlaqədar məktəbin 7-9 cu sinif şagirdlərinin bir neçə müəllimin və tarix müəllimi Sürayə Bayramovanın rəhbərliyi ilə"Dəyirmi masa " keçirildi"Kiçik Akademiya" nın tədbirlər planına əsasən Aprel hadisələrinin səkkizinci il dönümü ilə əlaqədar məktəbin 7-9 cu sinif şagirdlərinin bir neçə müəllimin və tarix müəllimi Sürayə Bayramovanın rəhbərliyi ilə"Dəyirmi masa " keçirildi.Tədbir ilk öncə Azərbaycan Dövlət Himnin səslənməsi ilə başladı.Daha sonra Aprel döyüşlərində və vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edildi.Tədbiri təşkil edən Tarix müəllimi Sürayə Bayramova Aprel hadisələri və şəhidlər haqqında geniş məlumat verdi.2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu.Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Sonra şagirdlər topladıqları məlumatlarla çıxış etdilər. Sonra döyüşlərlə bağlı video çarx izləndi. ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ!!!

Ətraflı

"Kiçik akademiyanın" tədbirlər planına əsasən "STEAM həyatımıza daxil olduqdan sonra" adlı seminar keçirildi"Kiçik akademiyanın" tədbirlər planına əsasən məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi Abbasova Xəyalənin STEAM layihəsi üzrə "STEAM həyatımıza daxil olduqdan sonra" adlı seminarı keçirildi. Seminarda direktor Zaur Yusifov, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həməşəxanım Bayramova, Bahar Ələkbərova , Ceyhun Əsgərov və İnformatika üzrə metodbirləşmə sədri Vəsilə Zəbiyeva iştirak etdilər. İlk öncə şagirdlər "STEAM" layihəsi haqqında ətraflı  məlumat verdilər və  "STEAM" dərslərində işlədikləri layihələrin müəyyən qismini təqdim etdilər. Dedektiv layihəsini direktor və müavinlərlə birlikdə icra edərək onların barmaq izlərini götürdülər və bu barmaq izlərindən istifadə edərək cinayətkarın necə tapıldığı haqqında məlumat verdilər.Sonra isə "Elektrik mühəndislik dəstlərindən"  istifadə edərək radio quraşdırdılar. Digər layihələr ardıcıl təqdim edildi.

Ətraflı

 Kiçik Akademiya”nın tədbirlər planına uyğun olaraq “ Təbiəti qoruyaq” adlı konfrans təşkil olundu    “Kiçik Akademiya”nın tədbirlər planına uyğun olaraq “ Təbiəti qoruyaq” adlı konfrans təşkil olundu. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Yusifov Zaur çıxış edərək, bu cür tədbirlərin məktəbdə keçirilməsinin müsbət hal olduğunu vurğuladı. O,çıxışına davam edərək bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin şagirdlərin maarifləndirilməsi üçün önəmli olduğunu qeyd etdi. Daha sonra tədris işləri üzrə direktor müavinləri-Bayramova Həmişəxanım,Ələkbərova Bahar,Əsgərov Ceyhun və təlim-tərbiyə işləri üzrə direktor müavini Kərimova Elnarə çıxış edərək bu cür tədbirlərin keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğuladılar. Kiçik Akademiyanın rəhbəri, Əliyeva Könül çıxış edərək tədbir ilə bağlı öz fikirlərini bildirdi.Eyni zamanda məktəbimizin müəllimləri Cəfərova Sevil, Məcidova Turan, imanverdiyev Nadir, Həsənova Kəklik, Rzayeva Samirə tədbir ilə bağlı öz fikirlərini qeyd etməklə bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladılar.Konfransın təşkilatçısı İsgəndərova Lamiyə çıxış edərək “Təbiəti qoruyaq” adlı slayd təqdim etməklə ekologiyanın qorunmasının önəmi haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. Tədbirin keçirilməsində əsas məqsəd, hal-hazırda mövcud olan qlobal ekoloji problemlər və onların həll yolları haqqında şagirdlərin maarifləndirilməsi idi. Tədbirin sonunda ekoloji problemləri özündə əks etdirən videoçarx nümayiş olundu və şagirdlər tədbirlə bağlı öz əl işlərini konfrans iştirakçılarına təqdim etdilər.

Ətraflı

Kiçik Akademiya"nın tədbirlər planına uyğun olaraq "Azərbaycanın Dövlət Müstəqilliyi və tarixçilik ənənələri" mövzusunda konfrans keçirildi"Kiçik Akademiya"nın tədbirlər planına uyğun olaraq "Azərbaycanın Dövlət Müstəqilliyi və tarixçilik ənənələri" mövzusunda konfrans keçirildi.Təşkil olunan Konfrans dövlət himni ilə başladı. Konfrans tədris işləri üzrə direktor müavini Xanım müəllimin çıxışı ilə davam etdi.Xanım müəllim 18 oktyabr "Dövlət Müstəqilliyinin Bərpası günü"nün hər il təmtəraqlı olaraq keçirilməsinin və bu günün  əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi.Konfransda tarix müəllimi Əliyeva Könül çıxış edərək 18 oktyabr "Dövlət Müstəqilliyinin Bərpası günü"nün tarixi haqqında geniş məlumat verdi.Azərbaycan ötən əsrin 90-ci illərində çox çətin sınaq qarşısında qalmışdı. Belə bir çətin və mürəkkəb vəziyyətdən çıxaraq xalqımız,71 il əvvəl AXC-nin süqutu ilə müstəqiliyini itirmiş dövlət yenidən azadlığa qovuşdu.Nəhayət ki,xalqımız 1991-ci ildə öz dövlət müstəqiliyini bərpa etdi. Daha sonra konfransda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əzizə müəllim və Xanlar müəllim çıxış edərək mövzu ilə bağlı öz fikirlərini səsləndirdilər.18 oktyabr "Dövlət Müstəqilliyinin bərpası ilə bağlı təşkil olunmuş konfransda məktəbimizdə təhsilalan şagirdlərdə öz araşdırma-tədqiqat işlərini təqdim etdilər.

Ətraflı

Ümummili Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi Ümummili Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov görkəmli dövlət xadimi, Azərbaycan xalqının fəxri Heydər Əliyevin keçdiyi uzun və mənalı ömür yolu, dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü işlərdən bəhs etdi. Bədii-musiqili kompozisiya şəklində qurulmuş tədbirdə məktəbin şagirdləri fiziki tərbiyə müəllimlərinin təlimatları əsasında "Heydər Əliyev" sözlərini tərtib etdilər, fləşmob üsulu ilə ikitərəfli tərtibatla Azərbaycan bayrağını və "100 il" sözünü  nümayiş etdirdilər. Bir-birindən maraqlı ifaları, rəqsləri, şeir qiraətləri ilə müşayiət olunan tədbir yüksək coşğu şəraitində keçdi. Yekunda məktəbin direktoru Zaur Yusifov məktəb kiçik akademiyasının prezidenti Turan Məcidovanın simasında  tədbir hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür elan etdi.

Ətraflı

Breyn - rinq yarışı“Kiçik Akademiya” ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, əsas hədəflərindən hesab edilir. “Kiçik Akademiya” larla iş elmi- tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rol oynayır. Şagirdlərdə yaradıcılıq və elmi tədqiqat işlərini artırmaq üçün məktəbimizdə Rəqəmsal bacarıqlar fənni üzrə “wordwall” veb aləti ilə Rəqəmsal bacarıqlar müəllimi Abbasova Xəyalə tərəfindən “Breyn- rinq” yarışı keçirildi. Yarışda 6b, 6ç, 6d, 6g siniflərinin şagirdləri iştirak edirdilər. Yarış 6g sinfinin qalibiyyəti ilə yekunlaşdı. Qalib komandanın üzvləri " Təltifnamə " ilə mükafatlandırıldı.

Ətraflı

Kiçik akademiyamızın yeni logosuBayrağın, Kitabın və Günəşin birliyini əks etdirən logomuz Xəyalə Abbasova müəllimin tərəfindən hazırlanmışdır.

Ətraflı

"İxtiralar və kəşflər"Kiçik akademiyamızın qrupuna daxil olan kiçik şagirdlərimizlə Rəhbər Xəyalə Abbasovanın maraqlı seminarı baş tutduş seminarın adı "İxtiralar və Kəşflər" ilk öncə şagirdlərdən ixtira nədir? Kəşf nədir? suallarını verən Xəyalə müəllimə hər bir şagirdin cavabını dinləmiş və sonda müzakirələr etmişdir. eyni zamanda görüşdə şagirdlərə mikrobitlə iş tapşırılmış və şagirdlər həmin işin öhdəsindən gələ bilmişlər.

Ətraflı

Hidrogenin alınmasının yeni üsullarıKiçik Akademiyalarmızın üzvləri kimya labaratoriyası şəraitində Hidrogenin alınma yollarını araşdırmışlar.

Ətraflı

Yeni ixtiramızKiçik Akademiyaların daha bir üzvü öz ixtirası ilə bizi heyrətləndirdi. Kiçik Akademikmiz "Stolüstü tozsoran" hazırladı.

Ətraflı

"Kiçik akademiya" bizim logomuzLogomuzun adı "STEM"dir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır .

Ətraflı

"Kiçik akademiya"lar fəaliyyətə başladılar"Kiçik akademiya"larin üzvləri kiçik ixtiralar etməyə başlayiblar. Hüseyn və Həsən "Mexaniki maşın" hazırlamışlar, qeyd edək ki, maşın üzərində müxtəlif əməliyyatlar hələ də davam edir. Nailə, Onur və Şamil isə "Qrafin maddəsinin sirləri" haqqında bir çox gizli məlumatları aşkara çıxarmışlar. Uşaqlar deyirlər ki, robototexnikanın inkişafında Qrafin maddəsinin mühüm əhəmiyyəti vardır.

Ətraflı

"Kiçik akademiya"lar fəaliyyətə başladılar"Kiçik akademiya"larin üzvləri kiçik ixtiralar etməyə başlayiblar. Hüseyn və Həsən "Mexaniki maşın" hazırlamışlar, qeyd edək ki, maşın üzərində müxtəlif əməliyyatlar hələ də davam edir. Nailə, Onur və Şamil isə "Qrafin maddəsinin sirləri" haqqında bir çox gizli məlumatları aşkara çıxarmışlar. Uşaqlar deyirlər ki, robototexnikanın inkişafında Qrafin maddəsinin mühüm əhəmiyyəti vardır.

Ətraflı

Sabahın Alimləri12-14 fevral 2015-ci il tarixlərində Heydər Əliyev mərkəzində keçirilən"Sabahın alimləri"IV Respublika müsabiqəsində iştirak edən IX sinif şagirdləri Paşayeva Züleyxa və Abdullayeva Solmaz Bilologiya fənni üzrə layihə təqdim etmiş və müsabiqənin sertifikatını almışlar.

Ətraflı
HAQQIMIZDA
Məktəb şəhid Əmirəhməd Quliyevin adını daşıyır.121 №li tam orta məktəb 1934-cü ildən fəaliyyətə başlamış,9 sinif otağından ibarət olmuşdur.1995-ci ilədək məktəb natamam orta məktəb statusunda olmuşdur.1995/96-cı tədris ilindən tam orta məktəb statusu...
BİZİM FƏXRLƏRİMİZ

Esmira Atazadə

Əliyev Rafiq Şıxəli

HAQQIMIZDA
Məktəb şəhid Əmirəhməd Quliyevin adını daşıyır.121 №li tam orta məktəb 1934-cü ildən fəaliyyətə başlamış,9 sinif otağından ibarət olmuşdur.1995-ci ilədək məktəb natamam orta məktəb statusunda olmuşdur.1995/96-cı tədris ilindən tam orta məktəb statusu...
BİZİM FƏXRLƏRİMİZ

Esmira Atazadə

Əliyev Rafiq Şıxəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi