Ümummili Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

 Ümummili Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov görkəmli dövlət xadimi, Azərbaycan xalqının fəxri Heydər Əliyevin keçdiyi uzun və mənalı ömür yolu, dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü işlərdən bəhs etdi. Bədii-musiqili kompozisiya şəklində qurulmuş tədbirdə məktəbin şagirdləri fiziki tərbiyə müəllimlərinin təlimatları əsasında "Heydər Əliyev" sözlərini tərtib etdilər, fləşmob üsulu ilə ikitərəfli tərtibatla Azərbaycan bayrağını və "100 il" sözünü  nümayiş etdirdilər. Bir-birindən maraqlı ifaları, rəqsləri, şeir qiraətləri ilə müşayiət olunan tədbir yüksək coşğu şəraitində keçdi. Yekunda məktəbin direktoru Zaur Yusifov məktəb kiçik akademiyasının prezidenti Turan Məcidovanın simasında  tədbir hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi