Kiçik Akademiya”nın tədbirlər planına uyğun olaraq “ Təbiəti qoruyaq” adlı konfrans təşkil olundu

    “Kiçik Akademiya”nın tədbirlər planına uyğun olaraq “ Təbiəti qoruyaq” adlı konfrans təşkil olundu. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Yusifov Zaur çıxış edərək, bu cür tədbirlərin məktəbdə keçirilməsinin müsbət hal olduğunu vurğuladı. O,çıxışına davam edərək bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin şagirdlərin maarifləndirilməsi üçün önəmli olduğunu qeyd etdi. Daha sonra tədris işləri üzrə direktor müavinləri-Bayramova Həmişəxanım,Ələkbərova Bahar,Əsgərov Ceyhun və təlim-tərbiyə işləri üzrə direktor müavini Kərimova Elnarə çıxış edərək bu cür tədbirlərin keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğuladılar. Kiçik Akademiyanın rəhbəri, Əliyeva Könül çıxış edərək tədbir ilə bağlı öz fikirlərini bildirdi.Eyni zamanda məktəbimizin müəllimləri Cəfərova Sevil, Məcidova Turan, imanverdiyev Nadir, Həsənova Kəklik, Rzayeva Samirə tədbir ilə bağlı öz fikirlərini qeyd etməklə bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladılar.Konfransın təşkilatçısı İsgəndərova Lamiyə çıxış edərək “Təbiəti qoruyaq” adlı slayd təqdim etməklə ekologiyanın qorunmasının önəmi haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. Tədbirin keçirilməsində əsas məqsəd, hal-hazırda mövcud olan qlobal ekoloji problemlər və onların həll yolları haqqında şagirdlərin maarifləndirilməsi idi. Tədbirin sonunda ekoloji problemləri özündə əks etdirən videoçarx nümayiş olundu və şagirdlər tədbirlə bağlı öz əl işlərini konfrans iştirakçılarına təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi