Peşə təmayüllü 10 "P" sinfinə ilk mediatur
28.11.2019-cu il tarixdə N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin 10 "P" sinfinə media işçiləri və təhsil sisteminin mütəxəssisləri mediatur təşkil etdilər. Mediatur sinifdə aparılan işlər barəsində cəmiyyəti məlumatlandırmaq və iş prosesini izləmək məqsədi ilə həyata keçirildi. Peşə təmayüllü sinfin məktəbimizdə qrup rəhbəri, mütəxəssislər və şagirdlər ictimaiyyətə görülən işlər barəsində hesabat vermək məqsədi ilə media işçilərinə müsahibələr verdi. Şagirdlərin təcrübə otaqlarında apardıqları işlər işıqlandırıldı.