Kiçik Akademiya hesabat görüşü keçirdi

Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiya hesabat görüşü keçirdi. Tədbirdə akademiya üzvləri həm elmi, həm də bədii çıxışlar etdilər. Qəsəbəmizdə yetişən dərman bitkiləri, coğrafiyaya aid şagirdlərin tərtib etdikləri toplu, məktəbimizin aylıq jurnalının mart və aprel sayları, şagirdlərin hazırladıqları oyunlar, repressiya dövrünə həsr olunmuş ədəbiyyat kompozisiyası və bir çox şeirlər, mahnılar, səhnəciklər nümayiş etdirildi. Məktəb daxilində Kiçik Akademiyanın fəaliyyət göstərməsinin əsas məqsədi istedadlı şagirdləri üzə çıxarmaq və məktəb fəaliyyətini daha səmərəli təşkil etməkdir. Akademiyamız təkliflərə, layihələrə və başqa maraqlı fikirlərə açıqdır.