"Yaşıllıq göz nuru" adlı sinif təşkilat saatı

Təbii ki, ağacların, güllərin, çiçəklərin havanı təmizləməsi ilə yanaşı insanlara estetik zövq bəxş etmə üstünlüyü olduğunu hamımız yaxşı bilirik. Onu da bilirik ki, yaşıllıq insanların uzunömürlü olmasında vacib amildir. Məktəbin 5B sinfində keçirilən "Yaşıllıq göz nuru" adlı sinif təşkilat saatında da bu fikirlər öz əksini tapmışdır. Şagirdlər gətirdikləri dibçəklərə qulluq edilməsi barədə sinif rəhbəri Sevinc Abbasovadan geniş məlumat aldılar. Həmin çiçəklərlə də siniflərinin qarşısındakı dəhlizi bəzədilər.