İnnovativ düşüncə və yaradıcılıqla dolu bir gün! 

    8-ci sinif şagirdlərimiz arasında "Natamam prototiplər və iterasiyalar" mövzusunda maraqlı və maarifləndirici bir təqdimat və "Problem-situasiya" istiqamətli sahibkarlıq hakatonu keçirildi! 

     Təqdimat mərhələsində şagirdlərimiz avtomobilin müxtəlif hissələrinin dizaynına dair öz təklif və ideyalarını təqdim edərək həm texniki düşüncə, həm də yaradıcı yanaşma qabiliyyətlərini nümayiş etdirdilər. Onlar natamam prototiplərin necə tədricən təkmilləşdirildiyini, iterasiya prosesinin praktiki faydalarını öz layihələrində uğurla əks etdirdilər.

    Tədbirin ikinci hissəsində isə komandalar "problem-situasiya" istiqamətli 3 real həyati tapşırığı həll edərək komandada işləmək, qərarvermə və sahibkarlıq bacarıqlarını inkişaf etdirdilər.

    Bu təşəbbüs şagirdlərimizin gələcəyin mühəndisləri, dizaynerləri və sahibkarları kimi formalaşmasında mühüm addımdır.

    Təşəbbüskar və yaradıcı düşüncələri ilə fərqlənən bütün şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi