1"A" sinfində sinif təşkilat saatı
1 "A" sinif rəhbəri Məmmədova Umnisənin təşkilatçılığı ilə 9 Noyabr “Bayraq günü” ilə əlaqədar sinif təşkilat saatı keçirildi. Əvvəlcə dövlət atributlarımız haqqında məlumat verildi. Müstəqillik rəmzi olan bayrağımız haqqına söhbət açıldı.
Vətənimiz haradır, onun paytaxtı, gündən-günə gözəlləşməsi haqqında şagirdlər məlumat verib, bayrağımızın rəngləri haqqında söhbət açdılar. Sonra isə şagirdlər bayraq,vətən haqqında şeirlər danışdılar.