“Bayraq – öz yurduma öz hakimliyim” mövzusunda sinif təşkilat saatı
08.11.2019-cu il tarixində 120 nömrəli tam orta məktəbin 1 "C" sinfində “Bayraq – öz yurduma öz hakimliyim” mövzusunda sinif təşkilat saatı keçirildi. Sinif rəhbəri Bağırova Nadirə şagirdlərə bayrağımızın rəngləri, tarixi haqqında məlumatlar verdi. Şagirdlər vətənə, bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda şagirdlər bayraq mövzusunda rəsm çəkdilər.