"28 May-Respublika günüdür"

       27.05.2019-cu il tarixdə 8b sinfində sinif rəhbəri Şükürova Sənubərin başçılığı ilə "28 May-Respublika günüdür" adlı sinif təşkilar saatı keçirildi. Təşkilar saatı Dövlət himnimizin səsləndirilməsi ilə başladı. Şagirdlər "Can Azərbaycan", "İgid əsgər", "Həmrəylik marşı" və s. mahnıları səsləndirdilər. M.Məhəmməd "Bayraq" şeiri ilə çıxış etdi. Q.İlahə, M.Muhəmməd, Ə.Aytən, İ.Tamamxanım "Sevil" tamaşasından Sevilin azadlığa çıxmasını səhnələşdirdilər. Məktəbin tarix müəllimi Şahsuvarov Səbuhi bu günlə əlaqədar tariximizdə olan maraqlı faktları şagirdlərin diqqətinə çatdırdı.             

     Sonda məktəbin direktoru İ.Kamran hamını bayram münasibəti ilə təbrik etdi, şagirdləri fəal iştirakına görə onlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi