Fənn aylıqları ilə bağlı məktəbdə keçirilən tədbirlər davam edir
N. Yaqubov adına 120 nömrəli tam orta məktəbdə 22.04.2019-cu il tarixdə Təsviri incəsənət, Texnologiya, Musiqi aylığı ilə əlaqədar "Yaz motivi" mövzusunda tədbir keçirildi.
Tədbir dövlət himnimizin səslənməsi ilə başladı.
Tədbirdə hər 3 fənnə aid çıxışlar olundu.
Təsviri incəsənət: Tədbirin keçirilməsində məqsəd şagirdlərimizi gözəlliyə səsləmək, təbiətin vurğunluğunu gözəl rəng çalarları ilə nümayiş etdirmək idi.
Maket klonumuzun üzərində göy qurşağının rəngləri, şagirdlərin bu rəngdə səhnəcik hazırlamaları və ara-sıra əl işlərinin nümayişi böyük rəğbətə səbəb oldu.
Musiqi: Tədbirdə 5-6-7-8-ci siniflər iştirak etdilər. Şagirdlərin iştirakı ilə musiqi və 7 not haqqında məlumat verildi. Şagirdlər 7 tonun, 7 rəng ilə əlaqəsi olduğunu bildirdilər və tədbirə həsr olunmuş bir-birindən gözəl mahnılar, rəqslər ifa olundu.
Texnologiya: Texnologiyanın inkişafı haqqında geniş söhbət aparıldı. Sonda qeyd olunan aylıqların yekunu kimi məktəbdə tədbir təşkil onundu. Tədbirdə "Zəhmət" və "Əlin gücü" haqqında şeirlər söylənildi, "Xörəklərin bəhsi" mövzusunda səhnəcik göstərildi və "Gözəl ailə" mövzusunda səhnə nümayiş olundu.
Tədbirin sonunda məktəbin direktoru İsalı Kamran və təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizova Xəyalə tədbir haqqında öz fikirlərini bildirdilər