Novruz çərşənbələrindən olan od çərşənbəsinə həsr olunmuş tədbir
120 nömrəli tam orta məktəbdə 4a sinfində 5 mart 2019 - cu il tarixdə Novruz çərşənbələrindən olan od çərşənbəsinə həsr olunmuş tədbir keçirildi. Bu şənlikdə təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizova Xəyalə və digər müəllimlər iştirak etdi. Bu şənlikdə şagirdlər öz mahnı və rəqsləri ilə çıxış etdilər. Onlar baharla qışın rəmzi olan "Kosa-kosa" oyunu məharətlə ifa etdilər. Sonra şagirdlər "Hakışta" dedilər, qədim oyunlarımız olan "Əl üstə kimin əli" oyununu, "İp dartdı" kimi oyunları məharətlə ifa etdilər. Pəhləvanlar öz məharətlərini göstərdilər. Sonra qızlarımız şəkərbura hazırlayaraq bayatılar, sanamalar, Novruz adətləri haqqında bildiklərini söylədilər. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini şagirdlərə ən xoş arzularını bildirdi və sinif rəhbəri Məmmədova Mehriban müəllimə təşkil etdiyi gözəl tədbirə görə minnətdarlığını bildirdi.