Xocalı faciəsinə aid nümunəvi dərs

      26.02.2019-cu il tarixdə 2a sinfində Azərbaycan dili dərsində Xocalı faciəsinə aid nümunəvi dərs keçirildi. Mövzu məhz bu günə düşdüyünə görə tədbir xarakterli oldu. Məqsəd Xocalı haqqında şagirdlərin biliyini daha da genişləndirmək, onlarda vətənə olan sevgini daha yüksək səviyyədə aşılamaq, düşmənə nifrəti daha da artırmaq idi. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Xəyalə, pisixoloq H.Dilbər və məktəbin müəllimləri iştirak etdilər. Dərsi maraqlı və yaddaqalan olması üçün müxtəlif vəsaitlərdən-Xocalıya həsr olunmuş şəkillər,ayrı-ayrı şairlərin şeirləri, lent yazılarından istifadə edildi. Müxtəlif maraqlı oyunlar "Zəif bənd", "düşün tap", "Yığ-qur" və başqa oyunlardan istifadə edildi. Uşaqlar fikirlərini kiçik həcmli esse yazılarında, çəkdikləri şəkillərdə və söylədikləri şeirlərdə əks etdirdilər. Z.Yaqubovun "Layla Xocalım layla", "Tanrım məni şəhid elə", "Qalx ayağa məmləkətim, dur ayağa millətim", X.Ulutürkün "Azadlıq", "Səninləyəm Azərbaycan" şeiri şagirdlərin ifasında çox təsirli səsləndi. Bu faciənin bütün dünya xalqlarına çatması üçün 3 dildə-rus, Azərbaycan və İngilis dilində müraciəti səsləndi.

    Dərsin sonunda müəllimlər şagirdlər və dərs haqqında ümumi fikir bildirdilər. Xüsusi ilə şagirdlərdə vətənpərvərlik hissinin yüksək olduğunu vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi