Qabaqcıl siniflər

Səhər sıralarında ilin yekunlarına dair söhbət aparıldı. Məktəbin direktoru Nazilə Məmmədova 9-cu siniflərin buraxılış nəticələri barədə danışaraq yüksək bal toplamış şagirdləri təbrik edib onları təltif etdi. Sonra "Qabaqcıl siniflər"layihəsi üzrə yekun nəticələr elan olundu. 5 nominasiya üzrə qalib siniflərə tərifnamələr verildi. İl ərzində divar qəzetləri hazırlanmasında fəallıq göstərən siniflər, ən fəal sinif nümayəndəsi və ən səliqəli gündəlikləri olan siniflər də təltiflər edildi. Məktəb kollektivini təbrik edən Nazilə Məmmədova onlara nailiyyətlər arzuladı.