Son zəng

Məktəbdə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbiri keçirildi. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himnimiz səsləndirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Nazilə Məmmədova 11-ci siniflərin buraxılış imtahanının nəticələrinə görə 200-dən yuxarı bal toplamış məzunları təbrik edib, onları təltif etdi. Eyni zamanda ən yaxşı davamiyyəti olmuş məzunlar mükafatlandırıldı. Tədbirdə qonaq qismində Xəzər Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil sektoru üzrə müdiri Anar Qəmbərov, Zirə qəsəbə nümayəndəsi Rasim Hüseynov və Zirə Bələdiyyəsindən Anar Hüseynli iştirak etdi. Tədbirin sonunda "Biliklərin açarı" simvolik olaraq 11-cilərdən 10-culara təqdim olundu. Tədbir məzunların maraqlı çıxışları ilə yadda qaldı.