Tədris ilinin son Pedaqoji Şura iclası

Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şuranın 2024-2025-ci tədris ili üzrə son iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Nazilə Məmmədova kollektivi gündəlikdə duran məsələlərlə tanış etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fərid İbrahimli məktəbdə keçirilən monitorinqlərin nəticələri barədə məlumat verərək, şagirdlərin yarımillik və illik qiymətləndirmələrinin nəticələri üzrə hesabatı kollektivin nəzərinə çatdırdı. Məktəbin şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Dilarə Əliyeva məktəb üzrə şagirdlərin davamiyyəti, nizam-intizam məsələlərinə toxunaraq, keçirilən tədbirlər barədə məlumat verdi. Sonra məktəbin direktoru Nazilə Məmmədova keçən tədris ilində məktəbin uğurlarından danışaraq səmərəli fəaliyyəti ilə seçilən müəllimləri rəğbətləndirdi.