Beynəlxalq Ana dili gününə həsr olunmuş "Şirin dilim" adlı tədbir

        22.02.2019-cu il tarixdə Zirə qəsəbəsindəki N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə, III sinif şagirdlərinin hazırladıqları Beynəlxalq Ana dili gününə həsr olunmuş "Şirin dilim" adlı tədbir keçirildi.
Azərbaycan himni səsləndirildi. Himndən sonra böyük sənətkar B.Vahabzadənin özünün söylədiyi "Ana dili" şeiri səsləndirildi. Üçüncülərin hazırladıqları çıxışlar: şeirlər, rəqslər tədbirdə iştirak edən tamaşaçıların çox xoşuna gəldi. Uşaqlar öz çıxışlarında ana dilinə olan sevgi və istəklərini nümayiş etdirdilər. 
      Tədbirdə məktəbin direktoru İsalı Kamran, təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizova Xəyalə və fənn müəllimləri iştirak etdilər. Onlar uşaqları bu gözəl tədbir münasibəti ilə təbrik edib, çıxışlara görə isə təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi