"Ana dilimizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiya

          21.02.2019-cu il tarixdə Xəzər rayonu Zirə qəsəbəsində N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə Azərbaycan dili aylığı çərçivəsində "Ana dilimizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiyası keçirildi. Tədbirdə məktəbin direktoru Kamran İsalı, dərs hissə müdiri Xəyalə Əzizova, valideynlər, fənn müəllimləri və V-XI sinif şagirdləri iştirak etdilər. Tədbirdə dilin gözəlliyi, saflığı ön plana çəkildi. Şagirdlərin fəal iştirakı ilə baş tutan tədbirdə dil haqqında ən gözəl şeirlər səsləndirildi dahilərdən gözəl səhnəciklər göstərildi.

        Tədbir valideynlər və məktəb rəhbərliyi tərəfindən yüksək qarşılandı.

        Tədbirin sonunda məktəbin direktoru çıxış edərək Beynəlxalq Ana dili günü münasibəti ilə öz fikirlərini bildirdi, müəllimlərin və şagirdlərin gördüyü işləri yüksək qiymətləndirdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi