Dərnəklərimizin fəaliyyətindən
Məktəbdə 4 dərnək fəaliyyət göstərir “Bacarıqlı əllər”, “Xor”, “Gənc rəssamlar” və “Rəqs” dərnəyi. Şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə onların meyil və maraqlarını nəzərə alaraq dərnəklər təşkil olunmuşdur. Dərnəklərə cəlb olunan istedadlı şagirdlərin əl işləri mütəmadi olaraq məktəbdə təşkil olunmuş sərgilərdə nümaiş etdirilir.