AzeRobot tədris mərkəzi

Zirə peşə təmayüllü sinfin IT-helpdesk qrupu AzeRobot tədris mərkəzində təcrübə səfərində oldular. Şagirdlər mərkəzdə tədris olunan modullarla təcrübəli mütəxəsisslərin dərslərilə tanış oldular. İlk öncə gənc mühəndis, mexatronika modulunu tədris edən Kamil müəllimin dərsində oldular. Tədris zamanı müəllim elektron sxemlər, platalar üzərində ağıllı ev sistemlərinin qurulmasını şagirdlərə izah edirdi. Neobot modulu üzrə ixtisaslaşmış müəllim Leyla Məmmədova şagirdləri ilə bərabər bizə bu modul haqqında nəzəri məlumat verdilər və eyni zamanda praktik olaraq hazırladıqları robotların iş prinsipini bizə nümayiş etdirdilər. VEX robotu üzrə tədrisi həyata keçirən Şəbnəm müəllim bu modulda şagirdlərimizə qarşıya qoyulan hədəfə çatmaq üçün robotların hazırlanması və proqramının yazılması gedişatını nümayiş etdirdi . Şəhran müəllim ixtisaslaşmış olduğu Spike modulunda yığılmış konstruktorların spike.legoeducation saytında proqramlaşdırılmasını əyani olaraq göstərdi. Ekskursiyadan əldə etdikləri yeni məlumatlar IT şagirdləri üçün faydalı oldu və onlarda çox böyük təəssürat yaratdı.