"27 sentyabr Anım Günü"nə həsr olunan "Dəyirmi masa" təşkil olundu

    Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin 5D sinfində məktəbin tarix müəllimi Səfərova Təhminənin rəhbərliyi altında "27 sentyabr Anım Günü"nə həsr olunan dəyirmi masa təşkil olundu. Şagirdlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Böyük Zəfəri bizə yaşadan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra işğaldan azad olunan ərazilərimiz uğrunda gedən əməliyyatlar, müharibə zamanı Azərbaycan diplomatiyası, müharibədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələr, kapitulyasiya aktı və Azerbaycanin azadlığı müstəqilliyi, suverenliyi uğrunda canından, qanından keçən şəhidlərimiz haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi