44 günlük Vətən müharibəsi şanlı tariximizdir

    44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər qürur mənbəyimizdir. Anım Günü münasibətilə məktəbimizin 8 B sinif şagirdləri sinif rəhbəri Cəmilə Qasımova ilə birlikdə İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Samir Mehdiyev, Elçin Əliməmmədov, Emin Qədirovun məzarlarını ziyarət etdilər. Helikopter qəzasında şəhidlik zirvəsinə ucalmış şəhid polkovnik Füzuli Cavadovun xatirəsini ehtiramla andılar. Sinif rəhbəri şagirdlərə şəhidlərimizin döyüş yolu, bu yolda göstərdikləri şücaətlərdən söhbət açdı. Onlara Vətəni böyük məhəbbətlə sevməyi, onun hər qarışını qorumağı aşıladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi