Anım Günü münasibətilə səhər sıraları qarşısında təntənəli tədbir keçirildi

    27 sentyabr Anım Günü münasibətilə səhər sıraları qarşısında təntənəli tədbir keçirilmişdir. Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad  olunmuşdur. Məktəbin direktoru Nazilə Məmmədova tədbirdə qonaq qismində iştirak edən şəhid Elçin Əliməmmədovun anası Xanım Əliməmmədovanı şagirdlərə təqdim etdi və öz çıxışında qələbənin əldə edilməsində, həmçinin bu gün ölkəmizin  qazandığı  nailiyyətlərə görə  şəhidlərimizə borclu olduğumuzu vurğuladı. Şəhid anası oğlu Elçin Əliməmmədovun adını daşıyan 4 Ç sinfində oldu, şagirdlərin çıxışlarını dinlədi.Daha sonra məktəb rəhbərliyi, şəhid anası və  şagirdlər Zirə qəsəbə şəhidlərini  ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi