Cari tədris ilində Pedaqoji Şuranın son iclası keçirilmişdir

    Fəaliyyət Planına uyğun olaraq 25.06.2024-cü il tarixdə N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə cari tədris ilində Pedaqoji Şuranın son iclası keçirilmişdir. 2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş iclasda ilk çıxış edən məktəbin direktoru Nazilə Məmmədova pedaqoji kollektivi salamladıqdan sonra onları gündəlikdə duran məsələlərlə tanış etdi. Məktəb direktoru öz çıxışında keçən tədris ilində görülmüş işlərdən danışaraq qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi baxımından vəziyyətin qənaətbəxş olduğunu bildirdi. Məktəbin uğurlarından bəhs edən məktəb rəhbəri bu münasibətlə kollektivi təbrik etdi.

    Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fərid İbrahimli yekun hesabatını təqdim etdi. Bu il elektron formada həyata keçirilən BŞQ-lərin yüksək səviyyədə təşkilinin baş tutması münasibətilə məktəb rəhbərliyini və pedaqoji heyəti təbrik etdi. Sonra iclasda metodbirləşmə rəhbərləri hesabatlarla çıxış etdilər. Daha sonra iclasda məktəbin şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Dilarə Əliyevanın, Məktəbin Həmkarlar Təşkilatının sədri Gövhər Əliyevanın, məktəb psixoloqu Xanım Hüseynova və kitabxana müdiri Dilbər Həsənovanın hesabatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi