Uşaq futbol turnirinə bu gün yekun vuruldu

Bir aydan çoxdur ki, davam edən Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə bu gün yekun vuruldu.
Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı kəndlərinin uşaq futbol komandaları arasında ikinci futbol turnirinin bağlanış mərasimi keçirildi.
Məktəbimizin şagirdləri də bu turnirdə Zirəni təmsil etdilər. Finalda qaliblər arasında yer ala bilməsələr də, bu turnirdə futbolun sirlərini, rəqabəti öyrəndilər. Bu möhtəşəm tədbirə və uşaqlara verilən velosiped hədiyyəsinə görə Bakı Abadlıq Xidmətinə, AFFA -ya dərin təşəkkürümüzü bildiririk.