AzeRobot tədris mərkəzinə ekskursiya təşkil olundu

120 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri AzeRobot tədris mərkəzində ekskursiyada oldular. Ekskursiya zamanı məktəbliləri inzibati işlər üzrə menecer Türkanə Əliyeva və mentorlar qarşıladılar. Şagirdlərə mərkəzdə tədris olunan modulları təcrübəli mütəxəsisslər tanıtdı. M-BOT, Robomonte, Neobot modullarını Elina Bayramova, VEX, Spiker, Foster modullarını Nəzrin Kələntərova, gənc mühəndis, dron mühəndisliyi, mexatronika modullarını isə İlkin Ağayev təqdim etdi. Şagirdlər M-BOT robotunun qara xətti izləməsi, Neobotun pult ilə idarə olunmasını, VEX robotunun yol üzərində olan obyekti başqa bir yerə daşımasını, Spike robotunun scrach proqramı ilə proqramlaşdırılaraq hərəkətdə olan zaman rəng sensoru vasitəsilə dayanmasını, Ev3 robotunun yarış zamanı təyin olunmuş ərazi üzrə hərəkətini, arduino setinin summo və digər robotlarda tətbiqini, dronlara baxış, summo robotunun qurulmasını və yarış zamanı rəqib robotu yarış meydançasından çıxarması proqramının ətraflı izlədilər. Ekskursiyadan əldə etdikləri yeni məlumatlar şagirdlər üçün faydalı oldu və onlarda çox böyük təəssürat yaratdı