“Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı sinif təşkilat saatı

Dekabrın 12 də 120 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı sinif təşkilat saatı keçirildi. Məktəbin təsviri incəsənət müəllimi Qulizadə Dilarənin təşkilatçılığı ilə 5 “B” sinfi tərəfindən keçirilən dərsdə şagirdlər Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.
Dərsdə həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video film nümayiş etdirildi.
Dərsin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Əzizova Ümummilli Liderin həyatı, daxili və xarici siyasəti, Azərbaycan xalqı üçün gördüyü işlərdər söhbət açaraq hər bir şagirdə dahi şəxsiyyətin həyatını örnək götürməyi tövsiyyə etdi.