DÖVLƏT BAYRAĞI GÜNÜ
8 noyabr 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəb tərəfindən “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə öncə məktəbin direktoru Mətanət Mayılova çıxış edərək Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında məlumat verdi. O bildirdi ki , Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məlumat verildikdən sonra şagirdlər üçrəngli bayrağımıza aid şeirlər, mahnılar ifa etdilər. Çıxışlar hər kəs tərəfindən böyük maraqla qarşılandı.
Həmçinin Dövlət Bayrağı günü ilə əlaqədar məktəbin bütün siniflərində şagirdlər tərəfindən divar qəzetləri də hazırlandı.