Azərbaycan ədəbiyyatında Nəsimi zirvəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili Nəsimi ili elan edilməsi barədə sərəncam hazırlayıb. Bu ölkəmiz üçün olduqca əlamətdar hadisədir. Nəsimi Azərbaycan xalqına bəxş edilmiş qüdrətli söz ustadlarındandır. O Şərqin ən kamil incilərini meydana gətirmişdir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir.

21 may 2019 –cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Nəsimi ilinə həsr olunmuş “Azərbaycan ədəbiyyatında Nəsimi zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi filmindən fraqment səsləndirildikdən sonra, şagirdlər öz şeir və məruzələri ilə çıxış etdilər. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Quliyeva Əzəmət və Həsənova Zamirə Nəsimi haqqında geniş məlumat verdilər. Onun yaradıcılığındakı diqqətçəkən məqamları şagirdlərin nəzərinə çatdırdılar. Sonda şagirdlərin fikirləri dinlənildi və mədəni irsimizi qoruyaraq, gələcək nəsillərə çatdırmaq tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi