Günəşimdir mənim dilim
21 fevral 2019-cu il tarixində Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Günəşimdir mənim dilim” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Əzəmət söylədi ki, hər bir insanın öz ana dilinə sahib çıxma haqqının beynəlxalq səviyyədə tanınması bizim üçün çox sevindirici bir hadisədir.
Tədbirdə iştirak edən V-XI sinif şagirdləri ana dilimizə həsr olunmuş şeirlər, mahnılar söylədilər, səhnəciklər göstərdilər. Tədbirdə həmçinin dilimizin qorunmasında və yaşadılmasında böyük işlər görmüş şəxslərin xüsusən Ulu öndər Heydər Əliyevin xidmətləri nəzərə çatdırıldı.
Tədbirin sonunda məktəbin direktoru Mayılova Mətanət müəllim çıxış edərək şagirdlərə dilimizi sevməyi, qorumağı və yaşatmağı tövsiyə etdi.