"Sağlam nəsil-parlaq gələcək" layihəsi çərçivəsində rəsm sərgisi

24 aprel 2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-107F/2025 nömrəli əmrinə əsasən "Sağlam nəsil- parlaq gələcək" layihəsi çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Mehriban Müzəffərzadənin rəhbəri olduğu “Balaca rəssamlar” dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərginin keçirilməsində əsas məqsəd təhsilalanlara fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsindən ibarət olmuşdur.
Sərgi şagirdlər tərəfindən böyük maraqla izlənildi.