“Erkən nikah və onun fəsadları” adlı maarifləndirici söhbət

   15 aprel 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Erkən nikah və onun fəsadları” adlı maarifləndirici söhbət aparıldı. Söhbətin keçirilməsində əsas məqsəd erkən nikahın dünyada və ölkəmizdə doğurduğu fəsadlar, cəmiyyətə vurduğu ziyanlar haqqında şagirdlərə məlumat verməkdən ibarət olmuşdur. Psixoloq qeyd etdi ki, erkən nikahlar gələcək nəsillərin sağlamlığını təhlükəyə atır, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olur.

Daha sonra biologiya müəllimi Lətifə Rəhimzadə çıxış edərək bildirdi ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır.

Sonda mövzu ilə bağlı şagirdlər də fikirlərini bildirərək geniş müzakirə apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi