2 Aprel-Beynəlxalq Uşaq kitabı günüdür.

   D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxana müdiri Günel Babayevanın təşkilatçılığı və 4b sinif şagirdlərinin iştirakı ilə H.K.Andersenin 155 illik yubileyi və 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə bağlı tədbir keçirildi. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin məhşur uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş H.X.Andersenin dünyaya göz açdığı günün şərəfinə 1967ci ildə  təsis edilib. Tədbirin əsas məqsədi uşaqlara kitab oxumaq vərdişini aşılamaq, onların mütaliəyə olan marağını artırmaq və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub.

Şagirdlər müxtəlif nağıl və hekayələr oxuyaraq, sevimli kitab qəhrəmanları haqqında danışıblar. Oxuduqları əsərlərin mövzusu, ideyası ,obrazları haqqında fikir mübadiləsi ediblər. Sonda şagirdlər kitabxanada yeni kitablarla tanış olublar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi