İdman həftəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi.

İdman həftəsi çərçivəsində məktəbin 4-cü sinif şagirdləri arasında İdman həftəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.