"Olimpiya oyunları uşaqların gözü ilə" başlığı altında əl işləri hazırlandı.

“İdman həftəsi” çərçivəsində ibtidai sinif müəllimi Elnarə İmanovanın rəhbərliyi ilə 3c sinfində “Olimpiya oyunları uşaqların gözü ilə” başlığı altında idmanın müxtəlif növlərinə aid əl işləri hazırlandı. Əl işləri hazırlanan zaman şagirdlər həm idman haqqında maraqlı məlumatlar öyrənib, həm də əl qabiliyyətlərini inkişaf etdirərək, əyləncəli vaxt keçiriblər.