"İdman həftəsi" çərçivəsində səhər gimnastikası

6 Mart 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “İdman həftəsi” çərçivəsində fiziki tərbiyə müəllimləri Samir Bayramov və Arif Atamovun təşkilatçılığı ilə V sinif şagirdlərinin iştirakı ilə səhər gimnastikası keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.