“Sağlam qidalanma” mövzusunda tədbir

   5 Mart Bədən tərbiyəsi və İdman Günü ərəfəsində ibtidai sinif müəllimi Sevda İsmayılovanın rəhbəri olduğu 3a sinif şagirdlərinin iştirakı ilə “Sağlam qidalanma” mövzusunda tədbir keçirildi. Tədbirdə şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı. Şagirdlərə hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verilildi. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulandı və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edildi. Şagirdlərin nə dərəcədə sağlam qidalanması və bu barədə nə qədər məlumatlı olması soruşuldu.

Sonda şagirdlər müxtəlif idman hərəkətləri yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi