“İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” adlı dəyirmi masa

   5 Mart Bədən tərbiyəsi və İdman Günü ərəfəsində  5 mart 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki-psixi inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olmasından ibarət idi.

Psixoloq yarış zamanı idmançıya psixoloji dəstəyin vacib şərt olduğunu qeyd edərək həm qələbə, həm də məğlubiyyətin birbaşa psixoloji faktorla bağlı olan məsələ olduğunu qeyd etdi.

Psixoloq şagirdlərə hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağına qabaqcadan müəyyənləşdirməli olduğunu izah edərək məqsəd aydınlığı olmadığı yerdə faəliyyətə başlamağın düzgün olmadığını, nəticənin necə olacağına biganəlik göstərmək, fəaliyyətin təsirinə yanlış təsir edə biləcəyini izah etmişdir.

Sonda yarışlarda iştirak edən idmançı şagirdlərin fikirləri dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi