“İmtahan öncəsi stressin idarə olunması” adlı seminar

   4 mart 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən buraxılış sinif şagirdləri ilə “İmtahan öncəsi stressin idarə olunması” adlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi.

Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyələrini verdi.

Sonda şagirdlərin imtahan həyəcanı səviyyəsini öyrənmək üçün diaqnostik test keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi