"Xocalı faciəsinin 33-cü ildönümü"nə həsr olunmuş dəyirmi masa

   D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Tədbirlər Planına əsasən 26 fevral 2025-ci il tarixində  "Xocalı faciəsinin 33-cü ildönümü"nə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa Xocalı soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk olaraq məktəbin tarix müəllimləri Xocalı faciəsi haqqında daha geniş məlumat verdilər. Dəyirmi masada Xocalı şəhərinin tarixindən, faciə nəticəsində öldürülən, ağır yaralanan, itgin düşən və girovluqda olan soydaşlarımız barədə və eyni zamanda düşmənin həmin gecə qarşısına çıxan heç kimə rəhm etməyərək amansızlıq və qəddarlıqla qətlə yetirilməsindən danışıldı.

Sonda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi