"Xocalı-qan yaddaşımız" adlı rəsm sərgisi

26 fevral 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı”nın 33-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi. Sərginin keçirilməsinin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycanın tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarət olub.
Sərgi şagirdlər tərəfindən çox maraqla izlənilib.