"Söz xiridarı" adlı dəyirmi masa

   19 fevral 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanasında Əliağa Vahidin 130 illik yubileyi ilə əlaqədar “Söz xiridarı” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Əliağa Vahidin həyat və yaradıcılığı, qəzəlləri haqqında şagirdlərə məlumat verilib.

Əliağa Vahid özünü böyük Füzulinin yadigarı hesab edirdi. Onun poeziyasında əruz vəzninin incəlikləri, ifadə və təsvir vasitələrinin dolğunluğu diqqət çəkir. Şairin qəzəlləri yalnız eşq mövzusunu əhatə etmirdi – o, xalqın dərdini, Vətən sevgisini, satirik şeirlərində isə ictimai haqsızlıqları və mövhumatı ustalıqla qələmə alırdı.

Sonda şagirdlər Əliağa Vahidin qəzəllərini səsləndirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi