"Təhlükəsizlik günü" ilə bağlı növbəti maarifləndirici tədbirlər keçirildi.

   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi" mövzusunda təlimatına əsasən 17 fevral 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə növbəti “Təhlükəsizlik günü” tədbirləri keçirildi.

Məktəbdə şagirdlərə sağlamlığın və təhlükəsizliyin təmin edilməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması, pilləkəndə hərəkət qaydaları barədə geniş məlumatlar verildi. 

   Daha sonra rəhbərlik tərəfindən şagirdlərin təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılması barədə qeydiyyat jurnallarına baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi