Rəqəmsal bacarıqlar fənnindən bilik yarışı keçirildi.

   13 fevral 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin informatika müəllimi Rəhimzadə Nərmin tərəfindən VII siniflər arasında bilik yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdlərin İnformatika fənninə olan maraqlarının artırılması, keçirilmiş mövzuların daha əyləncəli, öyrədici üsullarla yoxlanılması, möhkəmləndirilməsidir.

Yarış “Learningapps.org” platforması üzərindən hazırlanmış “Milyonçu”, “Kahoot” oyunları həmçinin müxtəlif tipli əyləncəli suallar və şagirdlərin “Python” proqramı vasitəsilə proqram yazma bacarıqlarının yoxlanılmasına əsaslanmışdır.

Sonda yarışın nəticələrinə əsasən VIIB sinfi I yerə layiq görülmüşdür. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi