"Psixologiya həftəsi" təşkil olunub.

   D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən müsbət psixoloji mühitin formalaşdırılması məqsədilə “Psixologiya həftəsi” təşkil olunub. Məktəbin foyesində şagirdlər tərəfindən müxtəlif mövzularda-“Bullinqlə mübarizə aparmağın yolları”, “Stress nədir?”, “Sağlam həyat tərzi” və s. haqqında təqdimatlar hazırlanıb. Ən yaxşı təqdimat hazırlayan siniflər rəhbərlik tərəfindən sertifikat və təşəkkürnamə ilə təltif olunub.

Məktəbdə həmçinin etibar qutusu quraşdırılmış, utancaq və sosiallaşa bilməyən şagirdlərə sözlərini demələri, şahidi olduqları neqativ halların aşkarlanması və s. üçün bir fürsət olduğu şagirdlərə izah edilmişdir.