"Unutmadıq, unutdurmarıq!" adlı dəyirmi masa
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı 17 yanvar 2025-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Unutmadıq, unutdurmarıq!” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsinin əsas məqsədi şagirdlərə tariximizi tanıtmaq, onların vətənpərvərlik hissini gücləndirmək və 20 Yanvar şəhidlərini anmaqdan ibarət olub. İlk olaraq Azərbaycan xalqının müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin tarix müəllimi Svetlana Əsgərova 20 Yanvar hadisələri haqqında məlumat verərək, bu günün xalqımızın milli qürur, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğuladı. O qeyd etdi ki, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Çünki, bu insanların əməlləri, qəhrəmanlıqları bizim şanlı, həmişə yaşadılan, fəxrlə anılan qürurverici tariximizdir.
Sonda 20 Yanvara aid sənədli filmə baxış keçirildi.