20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərs

   17.01.2025-ci il tarixində  D. Cəbrayılov adına 119 nömrəli məktəbin VIIA sinfində  20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olundu. Dərsin əsas məqsədi faciə qurbanlarını ehtiramla anmaq, şagirdlərə vətənpərvərlik və milli ruhun aşılanması, vətən yolunda canından keçmiş şəhidlərin hər zaman xatırlanmasının zəruriliyi idi.

   Dərs  şəhidlərimizin  ruhuna hörmət əlamət olaraq 1 dəqiqəlik sükut ilə başladı. Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Əlisoy "20 Yanvar"  gününün mahiyyəti  barədə şagirdlərlə  diskussiya başlatdı. Şagirdlər faciə haqqında məlumat verərək onu törədənləri  və ümumilikdə terror hadisələrini pislədiklərini bildirdilər. İlham və Fərizə, Larisa Məmmədova, Ülvi Bünyadzadə və digər şəhidlərimiz haqqında müxtəlif təqdimatlar dinlənildi, şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi