“Gigiyena qəhrəmanı olmağa hazırsan?” adlı maarifləndirici seminar
18 dekabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Azərsun Holdinq” şirkətlər qrupunun uşaqlar və yeniyetmələr arasında gigiyenanın təbliği məqsədilə şirkətin əməkdaşları tərəfindən “Gigiyena qəhrəmanı olmağa hazırsan?” adlı maarifləndirici seminar keçirildi.
Layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideynləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirməkdir.
Sonda şagirdlərə gigiyena ilə bağlı videoçarx nümayiş olundu, hər bir şagirdə hədiyyələr paylanıldı.